Ana səhifə
16 Noyabr 2018

"VIII Futbol Liqası"nın qalibləri mükafatlandırılıb

AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) təşkilatçılğı ilə dövlət və özəl müəssisələr arasında təşkil olunmuş ənənəvi "VIII Futbol Liqası"na yekun vurulub.

 

 

Ucnoqta.az xəbər verir ki, federasiyadan verilən məlumata görə, sentyabrın 20-də start götürən yarışın qalibi adını "Embawood" şirkətinin birləşmiş komandası qazanıb. "Respublika Bank"ın birləşmiş komandası 2-ci, "Mətanət A" şirkəti isə 3-cü yeri tutub.

Sonuncu turun oyunları başa çatdıqdan sonra AFFA-nın Futbol Akademiyasının akt zalında Liqanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə A milli komandanın baş məşqçi əvəzi Mahmud Qurbanov, əməkdar məşqçi Ağasəlim Mircavadov, veteran futbolçular Asim Xudiyev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə iştirak edib. İlk üç yeri tutan komandalara kuboklar, müxtəlif mükafatlar,müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara isə diplomlar təqdim edilib. Yekunda xatirə şəkli çəkdirilib.

 

Bəhruz

Tarix
27 Noyabr 2014 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin