“ABŞ Səudiyyənin yanındadır” - Tramp

00:28 - 22 Dekabr 2017 - DÜNYA

Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz ABŞ prezidenti Donald Trampla telefonda danışıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp danışıqlar zamanı Yəməndəki husilərin paytaxt Ər-Riyada ballistik raket atmasını qınayıb. Tramp bunu ölkənin təhlükəsizliyinə açıq müdaxilə hesab edib.
 

Bundan başqa, ABŞ-ın beynəlxalq təhlükəsizliyin hədəf alındığı bütün hücumlar qarşısında Səudiyyənin yanında olacağını vurğulayıb. 
 

Hər iki lider Səudiyyə və bölgəni təhdid edən bütün olaylara görə Yəməndə husiləri raketlə təmin edən İran rejimini ittiham edib. 

Xəbər xətti