6 nazir istefaya göndərildi

23:56 - 21 Dekabr 2017 - DÜNYA

Moldova Prezidenti İqor Dodon 6 nazirin istefasını təsdiq edib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, ötən gün baş nazir Pavel Filip nazirlərin istefaya göndərilməsi ilə bağlı prezidentə müraciət etmişdi.

Qərara əsasən, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur, iqtisadiyyat və infrastruktur naziri Oktavian Kalmık, səhiyyə, əmək və sosial müdafiə naziri Stela Qriqoraş, kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasili Bıtka və ədliyyə naziri Vladimir Çebotar istefaya göndərilib.

Bundan başqa, baş nazirin müavini Gerogi Balan da istefa verib.

Xəbər xətti