Hitlerin “Mercedes”i satışa çıxarılır - Fotolar

22:15 - 21 Dekabr 2017 - DÜNYA

2018-ci ilin ilk ayında ABŞ-ın "Scottsdale" hərracında Adolf Hitlerin "Mercedes-Benz 770" avtomobili auksiona çıxarılacaq.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən tarixi avtomobil Hitlerin xüsusi sərəncamı ilə hazırlanıb. Maşın 1939-cu ilin oktyabrından 1941-ci ilin mayına kimi istifadə olunub. 
 

Müharibədən sonra avtomobil Amerikan hərbiçiləri tərəfindən ələ keçirilib və bir neçə dəfə sahiblərini dəyişib. Maşın 1973-cü ildə keçirilən auksion zamanı 153 min dollara satılıb.
 

2004-cü ilədək avtomobil Las Vegaslı milyonçu və kazino sahibi Ralf Engelstada məxsus olub və daha sonra bir avropalıya satılıb


Xəbər xətti