Mahir Mədətov “Beşiktaş”la müqavilə imzalayıb -Açıqlama

13:13 - 21 Dekabr 2017 - İDMAN

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Mədətovun “Beşiktaş”a  transferi geniş müzakirələrə səbəb olub.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Türkiyə mətbuatı Mədətovun artıq İstanbul klubu ilə müqavilə imzaladığını yazıb. 
 

Qardaş ölkədən olan həmkarlarımız, hətta buna aid foto da paylaşıb. 

 

***

Ucnoqta.az xəbər verir ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Bu xəbər yalandır. Mahir Mədətov “Beşiktaş”a transfer olunmayıb. Hücumçumuz karyerasını “Qarabağ”da davam etdirir”.

Xəbər xətti