“Rusiya terrorla mübarizəni davam etdirəcək” — Putin dünya ölkələrinə səsləndi

10:21 - 21 Dekabr 2017 - DÜNYA

Rusiya terrorla mübarizədə bu istiqamətdə çalışan bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, terrorla beynəlxalq mübarizədə Rusiya həmişə aktiv olub və bundan sonra da aktivlik nümayiş etdirəcək.

“İstərdim bildirim ki, biz həmişə terrorla mübarizə aparmağa hazırıq. Bu istiqamətdə çalışan bütün ölkələrlə əməkdaşlıq etmək Rusiyanın siyasətində başlıca yoldur”, - deyə Putin bildirib.

Rusiya rəhbərinin sözlərinə görə, terrorla mübarizədə yaxşı nəticələr əldə etmək üçün sistemli şəkildə çalışmaq lazımdır: “Terrorla mübarizədə sistemli və intensiv şəkildə çalışmaq lazımdır. Ölkələr həm daxili və həm də xarici siyasətlərində terrorla mübarizəni əsas tutmalıdırlar. Bütün ölkələr sərhədləri möhkəmlətməli və eyni zamanda daxili terrorçularla mübarizəni gücləndirməlidir”.

Xəbər xətti