ABŞ Ramzan Kadırova qarşı sanksiya tətbiq edib

10:13 - 21 Dekabr 2017 - DÜNYA

ABŞ Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sanksiya tətbiq edib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, Ramzan Kadırovun adı ABŞ-ın “Maqnitski siyahısı”na salınıb. Ondan başqa, daha 4 Rusiya vətəndaşının adı həmin siyahıya salınıb.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qanun aktıdır. Bu insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd “Hermitage Capital” Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan şəxslərə qarşı maliyyə və viza qadağaları tətbiq edilib.

Xəbər xətti