İranda güclü zəlzələ baş verib

10:12 - 21 Dekabr 2017 - DÜNYA

İranın şimalında 5,2 maqnituda gücündə zəlzələ baş verib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Verilən məlumata görə, Tehran ətrafında yerləşən Kerec şəhərindən 17 km cənubda titrəyiş qeydə alınıb. Zəlzələnin ocağı yerin 7 km dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
 

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Bu zaman 500-dən çox insan ölüb, 12 mindən çox insan xəsarət alıb.

Xəbər xətti