Donald Trampdan Azmerika xalqına möhtəşəm — “Yeni il hədiyyəsi”

18:20 - 21 Dekabr 2017 - DÜNYA

ABŞ Konqresi 30 il ərzində ən böyük vergi islahatı haqqında qanun qəbul edib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, iclasda layihəni 224 qanunverici dəstəkləyib. Sonradan isə sənədi ABŞ prezidenti Donald Tramp imzalayıb. Daha sonra Tramp vergi islahatlarını “Yeni il hədiyyəsi” adlandırıb.

“Mən Amerika xalqına gözəl günlər vəd vermişəm. Bunun içərisində isə böyük vergi islahatları dayanırdı. Mən Yeni il ilə əlaqədar bu islahatları imzalayaraq, xalqa hədiyyə edirəm”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Ağ evin “Twitter” hesabında yerləşdirilən məlumatda məsələyə münasibət bildirilib. Qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp öz seçkiqabağı verdiyi vədlərdən birini yerinə yetirib.

Xəbər xətti