İdlibə hava hücumu — 17 ölü

16:34 - 20 Dekabr 2017 - DÜNYA

Suriyanın Türkiyə ilə sərhəd xəttində yerləşən İdlib rayonuna havadan hücum edilib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hücum nəticəsində 17 nəfər mülki vətəndaş həlak olub. İdlib mülki müdafiə idarəsinin müdiri Yusuf bildirir ki, hücum Lazkiyedəki Humeymim hərbi hava bazasından havaya qalxan rus qırıcıları tərəfindən həyata keçirilib.
 

Mustafa Hac Yusuf bildirir ki, hücum gecə saatlarında baş verib. Nəticədə 17 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Xəbər xətti