"Galatasaray" azarkeşinin istəyinə Terimdən cavab — "Mənə zəng edən olmayıb"

01:22 - 21 Dekabr 2017 - İDMAN

"Galatasaray" klubunun bir çox azarkeşi Fatih Terimə kluba qayıtması üçün çağırış edib.

"Ölkə.Az" xəbər verir ki, Fatih Terim "Kluba qayıdırsınız?"- sualına "Məni arayıb-axtaran yoxdur"- cavabını verib.
 

Əldə edilən məlumata görə, əgər klub prezidenti Dursun Özbek ilk olaraq xarici bir baş məşqçi ilə görüşüb iş təklif etsə, Fatih Terim üçün "Galatasaray" dəftəri bağlanacaq. Məşhur məşqçinin başqa bir adın alternativi olmağı qəbul etməyəcəyi, bu səbəbdən son hadisələri diqqətlə izlədiyi bildirilir.
 

Qeyd edilir ki, Bosniya Futbol Federasiyasından təklif alan, amma təklifi qəbul etməyən Terimə xaricdən başqa təkliflər də gəlib.

Xəbər xətti