Rza Zərrabın iştirak etdiyi məhkəmə yekunlaşır — 90 il həbs cəzası kəsilə bilər

10:25 - 20 Dekabr 2017 - DÜNYA

ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab verdiyi ifadələrdə bütün günahları “Halkbank” baş direktor müavini Hakan Atillanın üstünə atıb. O, Atillanın və digər əməkdaşları İrana necə pul köçürdüklərini detalına qədər açıqlayıb.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Rza Zərrabın ittihamlarından sonra bir neçə hadisə şahidləri də dindirilib. Daha sonra ötən gün davam edən məhkəmədə Hakan Atillanın özü ifadə verib. Müttəhim kürsüsündə dindirilən Hakan Atillanın gələcək taleyi isə sabah baş tutacaq məhkəmədə məlum olacaq.
 

Bu barədə Hakan Atillanın vəkili bildirib. Onun sözlərinə görə, Hakan Atilla qanunsuz olaraq İranla ticarət əlaqələrində gühanlandırılır. Buna sübut kimi hətta mətbuatda “İranla qızıl ticarəti” adlı xəbərlər də sübut kimi sənədlərdə göstərilir.
 

“Hakan Atillanın dindirilməsi zamanı elə bil şou göstərirdilər. Hətta bir neçə məqamda hakimin anlaşılmayan sualları zalda gülüşlərə səbəb oldu. Onlar Hakan Atillanı çox ağır ittihamlarla günahlandırırlar. Qanunla bu ittihamlar sübuta yetmiş sayılarsa, onu 90 il həbs cəzası gözləyir”, - deyə vəkil bildirib.

Qeyd edək ki, məhkəmə prosesi tamamlanıb. Sabah hakim məsləhətləşməsindən sonra son qərar verilə bilər.

Onu da bildirək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.
 

Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi “ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə “Halkbank” baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.
 

Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.
 

Müdafiə vəkili olan Rokko deyib: “Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar”.
 

Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilirb

Xəbər xətti