İŞİD-in üç əsas rəhbəri məhv edilib

18:50 - 20 Dekabr 2017 - DÜNYA

 Beynəlxalq koalisiya qüvvələri son üç həftə ərzində İraq və Suriyada İŞİD terror qruplaşmasının üç rəhbərini məhv edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə koalisiyanın məlumatında bildirilir.

Qeyd olunur ki, bu önəmli terrorçuların aradan götürülməsi qruplaşma rəhbərliyində və onun məlumatların yayılması üzrə fəaliyyətində pozuntulara gətirib çıxarıb.

Terrorçular havadan endirilən zərbə nəticəsində məhv ediliblər.

Xəbər xətti