Ana səhifə
20 Noyabr 2018

Novruz Məmmədovdan Robert Dold şərhi

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Respublika Partiyasının üzvü Robert Doldun ermənilərə verdiyi dəstəyi öz “Twitter” hesabında şərh edib: “Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir”.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi İllinoys ştatının 10-cu seçki dairəsindən Konqresə keçirilən seçkilərdə namizəd olan Robert Doldun namizədliyini dəstəkləyib. R.Dold isə Dağlıq Qarabağın separatçı rejimini dəstəklədiyini və qondarma “erməni soyqırımı”nın tanınmasına birmənalı olaraq dəstək verdiyini bildirib.

Robert Dold ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk fəaliyyətini 2012-ci ildə başa vurub. ABŞ-ın Respublika Partiyasının üzvü olan R.Dold Konqresin erməni məsələləri üzrə qrupunun sədr müavini olub.

 

Tarix
9 Oktyabr 2014 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin