Qurbanov Konte ilə -Foto

16:39 - 19 Dekabr 2017 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" klubunun bazasına yollanıb.

Ucnoqta.az xəbər verir ki, baş məşqçi "Çelsi"nin "Soutqempton" komandası ilə oyununu tribunadan izləyib. Daha sonra klubun akademiyasında olan Qurban Qurbanov "Çelsi"nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarına tamaşa edib və akademiyanın strukturuyla tanış olub.

"Çelsi"nin baş məşqçisi Antonio Konteylə görüşən baş məşqçi həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.


Xəbər xətti