Messi "El-Klassiko"dan danışdı

14:41 - 19 Dekabr 2017 - İDMAN

"İli qələbə ilə bitirmək və bayramı xoşbəxt qeydə etmək yaxşı olar"

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın 17-ci turunda keçiriləcək "El-Klassiko" ilə bağlı fikirlərini bildirib. Qol.az-ın məlumatına görə, goal.com-a danışan argentinalı hücumçu "Real"la oyunun onun üçün əhəmiyyətli olduğunu deyib: "El-Klassiko"nu udmaq vacibdir. "Santyaqo Bernabeu"da keçiriləcək matçlar bizim üçüb daha xüsusi olur. Qələbə üstünlüyümüzü artıracaq. Düzdür, İnyestanın dediyi kimi onlar cədvəldə ikinci pillədə deyillər, ancaq səfərdə 3 xal qazanmaq əhəmiyyətlidir. İli qələbə ilə bitirmək və bayramı xoşbəxt qeydə etmək yaxşı olar".
 
Qeyd edək ki, "Real" - "Barselona" görüşü dekabrın 23-ü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər xətti