Ukraynada sərnişin qatarları durdu - Qar yolları bağlayıb

23:25 - 19 Dekabr 2017 - DÜNYA

Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.

Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib.

Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib.

Bundan başqa, Kiyev şəhər administrasiyası da ictimai nəqliyyatın hərəkətində problemlərin yarandığını bildirib.

Xəbər xətti