Ana səhifə
15 Noyabr 2018

Bakıda qadın işlədiyi evdən oğurluq edib

Bakıda qulluqçu işlədiyi evdən oğurluq edib. Ucnoqta.a Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.


Məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gedərək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla ötən ilin sentyabr ayından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlanması müəyyən edilib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin evdə qulluqçu kimi işləyən qadın şübhəli bilinərək saxlanılıb.
İstintaqa təhvil verilən Bakı şəhər sakini Ofeliya Zurabova törətdiyi əməli etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı, bir hissəsini isə lombardlara verdiyi müəyyən edilib.

Tarix
19 Dekabr 2017 [12:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin