Zavod partladı, sonra yandı - Ölən və yaralananlar var

23:05 - 19 Dekabr 2017 - DÜNYA

Çinin şərqindəki Şandun əyalətində kimya zavodundan güclü partlayış baş verib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, partlayışın ardına zavodda güclü yanğın başlayıb.

Son məlumata görə, yanğın nəticəsində 7 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Hazırda yanğının lokallaşdırılması barədə məlumat verilir.

Partlayışın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti