Ana səhifə
24 May 2018

Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub

Şamaxı rayonunda azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 22:30 radələrində Şamaxı şəhərinin Nazim Hikmət küçəsində qeydə alınıb. Həmin ərazidə yaşayan 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu valideyn nəzarətindən yayınaraq küçəyə çıxıb və yolda hərəkət edən “VAZ 2107” markalı minik avtomobili onu vurub. Ağır bədən xəsarətləri alan azyaşlı uşaq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğu üçün uşaq Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
19 Dekabr 2017 [11:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin