Ana səhifə
13 Noyabr 2018

Bakıda avtobus sürücüsü sükan arxasında infarkt keçirdi: zəncirvari qəza baş verdi - FOTOLAR

"Azadlıq" metrostansiyası yaxınlığında avtobus sürücüsü zəncirvari qəza törədib.

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 XX 135 dövlət nişanlı 202 nömrəli avtobusun sürücüsü özünü itirərək yolun kənarında olan VAZ 2104 markalı avtomobili vurub. Daha sonra isə avtobus sürücüsü yolun kənarında olan "Hyundai" markalı avtomobili 200 metr sürüyüb. "Hyundai" markalı avtomobil isə yol düzəldən maşına çırpılaraq dayanıb. Hadisə şahidləri bildirib ki, avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb. 


Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Avtobus sürücüsünün infarkt keçirdiyi bildirilir. Ona ilkin tibbi yardım göstərilib.

Tarix
19 Dekabr 2017 [10:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin