Polşada rus qırıcısı qəzaya uğradı

10:30 - 19 Dekabr 2017 - DÜNYA

Polşanın Varşava şəhəri yaxınlığında Rusiya istehsalı "MİG-29" qırıcısı qəzaya uğrayıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, "Minsk Mazovieski" hərbi aerodromuna qayıdan qırıcı yerə çırpılıb.

Polşanın müdafiə nazirliyindən verilən rəsmi açıqlamaya əsasən, təyyarə yerə çırpılmadan əvvəl pilot xilas olmağı bacarıb. Qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti