Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib

18:12 - 19 Dekabr 2017 - DÜNYA

ABŞ-ın Vaşinqton ştatında sürət qatarının körpüdə relsdən çıxması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Cey İnsli bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hadisənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatında sürət qatarı körpüdə relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində 6 nəfər həlak olub, 77 nəfər isə xəsarət alıb.

Xəbər xətti