Ana səhifə
20 Sentyabr 2018

Avtobusu bəyənmirlər, metroya da minmirlər - SORĞU

Xatirə İslam: «Metroya, avtobusa minəndə şəkil çəkdirməyə yaxınlaşırlar, adam özünü narahat hiss edir»

 

 

Xuraman Şuşalı: «Avtobusa minmək arzusunda deyiləm»

 

 

Mətanət Əsədova: «Ömrümdə avtobusa minməmişəm»

 

 

Dünyanın hər yerində məşhur insanların, tanınmışların həyatı, evi, maşınları, gündəlik həyatı diqqət mərkəzində olur. Məşhurlar tanındıqdan sonra artıq ictimai nəqliyyatdan istifadə etmirlər. Amma bunu hər ölkəyə aid etmək olmaz. Bizim tanınmışlar arasında isə….

 

Müğənni Xatirə İslam «Üç nöqtə»nin sorğusuna cavabında bildirdi ki, 12-14 il ictimai nəqliyyatdan istifadə edib: «Sonuncu dəfə ictimai nəqliyyatdan istifadə etməyim dəqiq yadıma gəlmir. Amma haradasa 12-14 il əvvəl olub. Avtobusdan, metrodan istifadə etmək mənim üçün normaldır. Tıxac olanda hər gün düşünürəm ki, kaş, metro ilə gedərdim. Ancaq adam tək metroya gedə bilmir. Gərək yanında kimsə ola. Metroya, avtobusa minəndə şəkil çəkdirməyə yaxınlaşırlar. O zaman adam özünü bir az narahat hiss edir».

Müğənni onu da dedi ki, xarici ölkələrə gedəndə çox vaxt piyada gəzir: “Piyada gəzməyi xoşlayıram. Amma hər yerə taksi ilə gedirəm. Çünki şəhəri yaxşı tanımırıq. Taksi bizi lazım olan yerlərə aparır».

                             Xuraman Şuşalı

 

Müğənni Xuraman Şuşalı 2004-cü ildə maşın aldıqdan sonra avtobusdan, metrodan istifadə etmədiyini qeyd etdi: “Maşın alandan sonra ictimai nəqliyyatdan istifadə etməmişəm. Avtobusda, metroda adam çox olur. Avtobusa minmək arzusunda deyiləm. Amma metrodan istifadə etmək istəyərəm. Əslində, elə şeylərdən utanmıram və kompleksim də yoxdu. Metro mənə maraqlı gəlir. İkimərtəbəli avtobuslara da minmək istəyərdim. 2004-cü ilə qədər metrodan da, avtobusdan da istifadə edirdim. Tamaşaçılar çox normal qarşılayırdılar. Mənə deyirdilər ki, “W- Trio”da oxuyan qız... O zaman klip də çəkdirmişdim. Son vaxtlarda isə metrodan yox, avtobusdan istifadə edirdim. Konservatoriyaya bizim evin yanından avtobus gedirdi. Təqribən taksidən 10 dəqiqə gec çatırdı. Orada adam az olurdu».

                        Mətanət Əsədova

 

Müğənni Mətanət Əsədova heç vaxt avtobusa minmədiyini vurğuladı: “Ömrümdə avtobusa minməmişəm. Metroda isə gənc yaşlarımda bir dəfə olmuşam. Avtobusda getmək istəyərəm, çox xoşum gəlir. Amma mənə nəsib olmayıb. Avtobusda gedənlərə elə həsəd aparmışam ki... Amma gedə bilməmişəm. Özümü tanıyandan şəxsi avtomobilim olub. Gərək bir gün metroda gedim görüm necə olacaq. İstərdim ki, insanlar kimi metroya minim, onların ətrafında olum. Özümü onlardan yuxarı tutmuram. Onlar səviyyəsində tuturam. Məndən də yaxşıdırlar. Bir gün metroya və avtobusa minmək istəyərdim».

                                   Gülyaz Məmmədova

 

Əməkdar artist Gülyaz Məmmədova bildirdi ki, maşın almazdan əvvəl taksidən istifadə edib: “Tanındıqdan sonra anamgil dedilər ki, ayıbdır, taksidən istifadə et. Çünki artıq tamaşaçılar məni tanıyırdılar. 2000-ci ildən sonra metrodan, avtobusdan istifadə etməmişəm. Gülyanaq 1998-ci ildə maşın almışdı. Ondan bir yerdə istifadə edirdik. Metroya heç vaxt tək minməmişəm. Qorxmuşam. Daha çox avtobusa minmişəm. İctimai nəqliyyatdan istifadə etmək ayıb deyil. Xalqla birliklə yol getmək mənim üçün xoşdur. İndi hərdən metroya düşmək istəyirəm, görüm nə dəyişib. Keçmişi, o illəri yadıma salmaq istəyərəm».

 

                         Anar Heybətov

 

Aktyor Anar Heybətov isə qeyd etdi ki, qar yağsa metrodan istifadə edəcək: «Maşını idarə edə bilmirəm deyə yox, idarə edə bilməyənlər gəlib mənim maşınımı vura bilər. Ona görə də qarda maşın idarə etmirəm. Harasa gedəndə metrodan istifadə edirəm. Keçən il qışda metrodan istifadə etmişəm».
 

 

Rəqsanə

Tarix
26 Noyabr 2014 [17:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin