Ana səhifə
16 Oktyabr 2018

AMEA işçiləri üçün yeni yaşayış kompleksinin təməli qoyulub

“Science City” yaşayış kompleksinin tikinti sahəsində qazıntı işlərinə başlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün kooperativ binanın tikilməsi nəzərdə tutulur. Bu məqsədlə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək tikinti kompleksində layihələndirilmə işləri aparılıb. Eyni zamanda, mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu gün Saray qəsəbəsində alimlər üçün nəzərdə tutulan binanın ərazisində qazıntı işlərinə start verilib. Mərasimdə AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, layihənin rəhbəri Elçin Orucov, Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, elmi müəssisə və təşkilatların ümumi işlər üzrə direktor müavinləri, həmkarlar təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

Öncə F.Abdullayev çıxış edərək son illər akademiya əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. AMEA tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb.

İşlər İdarəsinin müdiri yaxın günlərdə Saray qəsəbəsində AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə təməlqoyma mərasiminin keçiriləcəyini də diqqətə çatdırıb. O, akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanılacağını deyib. Qeyd edib ki, sosial-məişət və digər problemlərin həlli istiqamətdinə nəzərdə tutulan növbəti tədbirlərdən biri də AMEA-nın poliklinikasının açılmasıdır.

Sonra E.Orucov rəhbəri olduğu layihə barədə ətraflı məlumat verib. Bildirib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.
“AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək “Science City” yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir”, – deyə bildirən layihə rəhbəri kompleksin həyəti və ətrafında böyük parkların salınacağını da vurğulayıb. Qeyd edib ki, 1,2,3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

Sonra AHİ-nin sədri H.Qurbanov çıxış edərək bu günün AMEA tarixində əlamətdar günlərdən biri olduğunu deyib, mənzilin tikintisinə cəlb olunan hər bir mütəxəssisə uğurlar arzulayıb. O, akademiya əməkdaşlarının yeni mənzillərin tikintisi və kredit şərtləri ilə əlaqədar olaraq maariflədirilməsinin vacibliyini vurğulayıb.

AHİ-nin sədri yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin də inşasının nəzərdə tutulduğunu qeyd edib.
Sonda çoxsaylı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Tarix
18 Dekabr 2017 [17:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin