Ana səhifə
26 Aprel 2018

Gömrükdə pirotexniki vasitələr müsadirə edilib - FOTO

Gömrükdə xeyli sayda pirotexniki vasitələr müsadirə edilib.
 

Ucnqta.az Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş gizli saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.
 

Bundan başqa, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
 

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.
 

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
18 Dekabr 2017 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ