Ana səhifə
17 Noyabr 2018

Nağdsız ödənişlər üçün POS-terminallar quraşdırılıb

Nağdsız ödəniş əməliyyatlarının genişləndirilməsi üzrə tədbirlər davam etdirilir


Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prirotiteti üzrə tədbirləri davam etdirir.
Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların və xidmət mərkəzlərinin birgə fəaliyyəti nəticəsində “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə təqdim edilib.
Aparılan əməliyyatların effektivliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqı sıfır AZN həcmində təyin edilməsi banklarla razılaşdırılıb.

Tarix
18 Dekabr 2017 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin