Ana səhifə
21 Aprel 2018

“Azərbaycanın yeni silahlar alması qaçılmazdır” – Deputatdan AÇIQLAMA

“Ərazi işğalına məruz qalmış ölkə  Qarabağ  coğrafiyasını, onun relyefini təkrar özünə qaytara biləcək silahlar almalıdır. Burada qitələrarası raketlərə, ya da başqa xarakterli silahlara ehtiyac yoxdur”.
 
Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü  Zahid Oruc deyib. O, həmçinin Azərbaycanın ala biləcəyi yeni silahlar barədə də danışıb:
 
“Bildiyiniz kimi Azərbaycan ötən illər ərzində təhlükəsizliyinin təminatı üçün  çox mühüm silahlar almaq yönündə uğurlu addımlar atıb. Burada bir neçə amili xüsusi vurğulamaq lazımdır. Əslində Azərbaycan Silahlı Qüvvələrinin  sərəncamında olan silahlara-qırıcı təyyarələr, müasir  tanklar, toplar həmçinin məsafədən idarə olunan qurğular, elektronik sistemlərin işini dayandıran silahlara sahib olmaq yolunda uğurlu addımlar atırıq.
 
Azərbaycandan bəhs ediriksə, burada düşmənin ağlına gələn iki mühüm hədəfi- neft hövzəsi və Mingəçevir su anbarını vurğulamalıyıq.
 
Ermənistan məlum su axınlarının qarşısını açmaqla ərazilərimizi təhlükədə qoymaq, həmçinin neft resursuna zərbə vurmaqla mühüm strateji dağıntılar yaratmaq, əhalidə fəlakət duyğularını gücləndirmək istəyir. Həmin sarsıdıcı zərbə hesabına Azərbaycanın müdafiə sənayesini əngəlləməyə çalışa bilərlər. Belə olan təqdirdə Azərbaycan ötən dövr ərzində əsas beynəlxalq silah bazarında  aparıcı dövlətlərdən hava hücumundan müdafiə sistemlərini də alır. Məsələn, “Dəmir Günbəz” adını daşıyan  İsrail modifikasiyalı silahlar buna nümunədir”.
 
Deputat bildirib ki, yeni silahların alınması qaçınılmazdır:
 
“Gördüyünüz kimi bu istiqamətdə Azərbaycan ali baş komandanının, Müdafiə Nazirliyinin tapşırığı ilə çox intensiv  xarici səfərlər həyata keçirilir. Bunların içərisində  müəyyən Şərqi Avropa, bölgə dövlətləri də var. Həmçinin Müdafiə Sənayesi Nazirliyi vasitəsilə bu günlərdə ictimai dövriyyəyə çıxarılan informasiyalar göstərir ki, bizim ölkəmiz həm də silah istehsalçısıdır. Türkiyədə də yaxın münasibətlər müqabilində yeni açılacaq zavodlar dediyimiz imkanları bir qədər gücləndirəcək.
 
Yekunda hesab edirəm ki, 2018-ci ildə Azərbaycan bu prosesi davam etdirəcək. Çünki bu, hər zaman yenilənməni sevən və bölgədəki prosesləri ciddiliklə izləməyi tələb edən sahədir.  
 
Yeni silahların alınması qaçılmazdır və dövlət bu hədəfləri ortaya qoyub. Azərbaycan xüsusi olaraq raket silahlarının alınması ilə bağlı əsas məsələləri qət edib. Düşünürəm ki, burada ən vacib məsələ birincisi, Bakının təhlükəsizliyini təmin etmək, onun hava məkanını qoruyub saxlamaqdır. Ümidvaram ki, bu yöndə hava hücumlarından müdafiə silahlarının, raket silahlarının  alınması davam edəcək”.

Tarix
18 Dekabr 2017 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ