Ana səhifə
21 Yanvar 2018

Sevgilisini bıçaqlayana 11 il həbs qərarı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayev hökm oxunub. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki hakim Azər Paşayevin icraatında olan prosesdə C.Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Ali təhsilli və ailəli olan C.Mustafayev 2012-ci ildə adam bıçaqlamağa görə 3 il həbsdə yatıb. 

Həbsdən çıxdıqdan sonra 1989-cu il təvəllüdlü Raziyyə Verdiyeva ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar. Onların hazırda 1 azyaşlı övladları var. Cinayət də həmin uşağa görə baş verib. R.Verdiyeva aralarında soyuq münasibət yaranan C.Mustafayevin uşaqla görüşünü əngəlləyib. Buna görə də mübahisə zamanı R.Verdiyevi bıçaqlayıb. Onun həyatını xilas etmək mümkün olub. R.Verdiyeva paytaxtdakı barların birində işləyib.

Tarix
19 Dekabr 2017 [00:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ