Ana səhifə
21 Oktyabr 2018

Azərbaycanın ikinci dəfə evlənən məmurları - SİYAHI

Dövlət rəsmiləri siyahısında kifayət qədər ikinci dəfə ailə həyatı quran nümayəndələr var. Ucnoqta.az A24.az-a istinadən xəbər verir ki, həmin dövlət məmurlarından diqqət çəkənləri sizin üçün araşdırıb.


Siyahıda  “Azəryol Servis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov da yer alır. İlk həyat yoldaşını xəstəlikdən itirən Qurbanov bir neçə il bundan əvvəl yenidən nigaha girib. Onun ikinci evliliyi Azərbaycanın Avstriyadakı sabiq və mərhum səfiri Fuad İsmayılovun keçmiş həyat yoldaşı ilə qurulub. Qeyd edək ki, Fuad İsmayılov da ağır xəstəlikdən sonra 2011-ci ildə dünyasını dəyişib.

Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə üçüncü dəfə ailə həyatı quran məmurlarımızdandır. 60 yaşlı Qənizadənin üç oğlu var. Özündən 28 yaş kiçik Gülşən Heydərova ilə ailə həyatı quran Əzizağa qənizada evliliyi ilə bağlı bu ifadələri səsləndirmişdi: “Gülşən xanımı özüm seçmişəm, üç ildir bir yerdə çiyin-çiyinə işləyirik. Hər gün bir yerdəyik. İkinci dəfə boşanmağımın səbəbi o idi ki, bizi tanış eləmişdilər. Onun ailəsi evliliyimizə razılıq verib. Toyumuzda da ailə üzvləri iştirak edirdilər. Mən toy eləməyə də bilərdim. Ancaq o qız uşağıdır, heç vaxt toyu olmayıb, gəlin paltarı geyinməyib. Ona görə də toy etməsəydim, onu mənə verməzdilər. Toyumuzda bütün adət-ənənələrə riayət olunub”.

 

Keçmiş millət vəkili, Milli Məclisin İnsan haqları daimi  komitəsinin sədri Rəbiyyət Aslanova da ikinci dəfə ailə həyatı quran məmurlardandır. Xanım deputat Rusiya Federasiyasında fəaliyyət göstərən tanınmış iş adamı İlham Rəhimovla münasibətlərini rəsmiləşdirib. Həmin şəxs Rusiya prezidentinin tələbə yoldaşı və dostudur. Onların hər ikisinin  yaşı 60-dan artıqdır.


Keçmiş deputat və xalq şairi Sabir Rüstəmxanlı da ikinci dəfə ailə həyatı quran dövlət rəsmilərindəndir. Hal-hazırda Təzilə Rüstəmxanlı ilə evlidir. Onu da xatırladaq ki, keçmiş deputatın qızı Aydan müğənni Elçin Cəfərovla evlidir.


Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev aparıcı Zəhra Quliyeva ilə ikinci dəfə ailə qurub.

Tarix
18 Dekabr 2017 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin