Ana səhifə
24 Yanvar 2018

Hərbi çağırışla bağlı yeni qayda - Cərimələr gəlir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
 

Ucnoqta.az Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata istinadən bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- doğum haqqında şəhadətnamənin surəti;

- ailə tərkibi haqqında arayış;

- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

- tərcümeyi-hal;

- 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil.

"İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzürlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.

Tarix
18 Dekabr 2017 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ