Ana səhifə
19 İyul 2018

“Biz öz fəaliyyətimizdə Azərbaycan üçün hər bir taleyüklü məsələ ilə bağlı fəallıq göstərməliyik”

Aydan Rzayeva: “Fəaliyyətimdə əsas prioritetlərdən biri Dağlıq Qarabağla bağlı Avstraliyanın daha böyük siyasi dəstəyinin alınması olacaq”


“Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Rəsmi Bakının həyata keçirdiyi daxili və xarici siyasət dövlətin milli maraqlarını, qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur. Prezident İlham Əliyev Azərbaycanın inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib”.  Bunu Azərbaycan Respublikasının Avstraliyada fəxri konsulu Aydan Rzayeva deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımızın daha sıx təşkilatlanması, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, ölkəmiz barədə həqiqətlərin daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı tövsiyələrini verib: “Biz də öz fəaliyyətimizdə qarşıya qoyulan məsələləri əsas götürməli, yaşadığımız ölkələrdə Azərbaycan üçün hər bir taleyüklü məsələ ilə bağlı daha da fəallıq göstərməliyik. Hesab edirəm ki, fəaliyyətimizi bu istiqamətdə qurmali, sopydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində indikindən də aktiv fəaliyyət göstərməli, Azərbaycan həqiqərtlərini yerli xalqlara çatdırmalıdır”.

Fəxri konsul bildirdi ki, dövlət və milli bayramlarında, o cümlədən 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümlərində Avstraliya-Azərbaycan Dostluq Assosiasiyası Pert və digər şəhərlərdə geniş tədbirlər təşkil edir. “Xüsusilə qeyd etmək istəyirəm ki, bizim fəaliyyətə Avstraliya parlamentinin deputatları da dəstək verirlər. Onlar bizim tədbirlərimizdə yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin Avstraliyada yayılmasında bizə yaxından dəstək verirlər. Məsələn, bu il fevralın 26-da Xocalı soyqırımı haqqında ictimaiyyətə dolğun məlumatları çatdırmaq məqsədilə Pert şəhərindəki Hilton mehmanxanasında geniş tədbir təşkil etmişdik. Həmin tədbirlərdə təkcə orada yaşayan azərbaycanlılar, iranlılar deyil, həmçinin yerli millətdən olan insanlar da iştirak edib. Bu tədbir ictimaiyyət tərəfindən maraqla izlənilib. Xocalı faciəsi ilə bağlı şəkilləri, broşürləri, video çarxları görüb onlar dəhşətə gəldilər. Onlar bizimlə bərabər ağlayırdılar”.
Aydan Rzayeva qeyd edib ki, bu ilin noyabrın 19-da Azərbaycan ilk dəfə Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş beynəlxalq milli mətbəx festivalında iştirak edib. Builki VII beynəlxalq festival Avstraliyada akkreditə olunmuş konsulluq korpusu tərəfindən təşkil olunub. Ölkəmizin Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva deyib ki, burada yaradılan Azərbaycan pavilyonu bu ölkədəki konsulluğumuz, Azərbaycan-Avstraliya Türk Dostluq Cəmiyyəti və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilib. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən müxtəlif nümunələr, eləcə də mədəni proqram təqdim olunub.
Fəxri konsul Mehriban xanım Əliyevanın Birinci vitse-ptezident seçilməsini də yüksək qiymətləndirib.  Onun sözlərinə görə, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın siyasi-ictimai həyatında fəal rol oynayıb, taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələr veriblər. “Çağdaş Azərbaycan qadını da təkcə ana deyil, o, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Bu gün xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Azərbaycan ictimaiyyəti əmindir ki, fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də çox böyük ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız belə fəaliyyət, xalqa, Vətənə layiqli xidmət məramı görüblər”. 
Aydan Rzayeva deyib ki, fəaliyyəti hər birimiz üçün nümunə olan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bütün ictmaiyyət tərəfindən rəğbətlə qarşılandı. “Xüsusilə qeyd etməliyəm ki, bu qərar Avstraliyada yaşayan azərbaycanlıları və Azərbaycanın dostlarını dərindən sevindirdi”. 
Aydan Rzayeva qeyd edib ki, Avstraliyanın Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi cənab İlham Əliyevin elan etdiyi prioritetlərin uğurla reallaşmasının göstəricisi və Azərbaycan dövlətinin xarici siyasətinin mühüm uğurlarından biridir. “Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli problemimizdir və bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün daha çox iş görməliyik və görürük. Bu mənada, fəxri konsul kimi fəaliyyətimdə əsas prioritetlərdən biri Dağlıq Qarabağla bağlı Avstraliyanın daha böyük siyasi dəstəyinin alınması olacaq. Bu həm də ondan irəli gəlir ki, xarici siyasətdə hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev erməni yalanlarının ifşa edilməsini və dünya miqyasında yayılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib”.

Fəxri konsul bİldirib ki, mədəni tədbirlər  də həyata keçirirlər. “ İfa edilən musiqilər, rəqslər Azərbaycanı tanıdır. Ən böyük uğurumuz "Odlar yurdu" adlı rəqs qrupu yaratmağımızla bağlıdır. Onlar 28 May bayramında gözəl ifa nümayiş etdirdilər. Bu qrupun bütün üzvləri avstraliyalı qızlardır. Onlar bizim musiqimizlə, rəqslərimizlə çox maraqlanırlar. Rəqqasələrin kostyumlarını da mən özüm tikmişəm. Onlar bu kostyumda rəqs etməyi çox sevirlər. Mən ixtisasca dizaynerəm. Hazırda moda dizayneri kimi Azərbaycan kostyumları üzərində işləyirəm”.
Onun sözlərinə görə ,Azərbaycanın Avstraliyadakı səfiri rəqs qrupunun ifasını görüb çox bəyəndi. “Bu qrup Azərbaycan adı ilə festivallara qatılır. Həmin festivallarda çıxışlar Azərbaycanı xeyli tanıdır. Novruz bayramı tədbirlərimiz də maraqla qarşılanır. Bundan əlavə, tarixi günlərdə tədbirlər keçirir, Azərbaycanla bağlı təbliğat aparırıq. Biz bu cür təbliğatları daha çox əcnəbi millətlər arasında həyata keçiririk. Çox zəngin xəzinəmiz var - musiqi əsərləri, ədəbiyyatımız rəngarəngdir. Bu baxımdan, çətinliyimiz yoxdur. Amma ölkə xəritədə coğrafi baxımdan Azərbaycandan çox uzaq olduğundan əlaqələrdə müəyyən çətinliklər yaradır”.

Fəxri konsulun sözlərinə görə, Qərbi Avstraliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdırlar. Bu məqsədlə Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerri Sandersonla görüşüb. Görüş zamanı konsul Azərbaycan və Avstraliya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üzrə görülən işlər barədə məlumatları qubernatorun diqqətinə çatdırıb. Bu görüşün uğurlu nəticəsidir ki, bu ilin oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçirilərkən Qərbi Avstraliyanın nümayəndələri də yaxından iştirak edib.

Tarix
18 Dekabr 2017 [21:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin