Ana səhifə
12 Dekabr 2018

Xanım aparıcıdan deputata sərt cavab

“Müsəlman ölkəsində yaşamırıq ki, çadranı başımıza atıb efirə çıxaq”.

 

Teleaparıcı Tunay Əliyeva millət vəkili Sabir Rüstəmxanlının aparıcıların efirdəki geyimi bağlı bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 

Ucnoqta.az xəbər verir ki, teleaparıcı bildirib ki, Sabir Rüstəmxanlı başa düşməlidir ki, biz inkişafda olan ölkədə yaşayırıq: 

“Azərbaycan inkişaf edir, müasirliyə doğru gedirik. Sırf müsəlman ölkəsində yaşamırıq ki, çadranı başımıza atıb efirə çıxaq. Bizim efirlər Sabir Rüstəmxanlını qane etmirsə, gedib Ərəb Əmirliyində otursun, oradakı telekanallara baxsın. Deyir ki, teleaparıcılar xarici seriallara baxır, özlərini onlara bənzədir. Bizim xanımlarımız o qədər dəblidirlər ki, ən son modadan istifadə edirlər. Sabir bəyi bizim geyimlərimiz narahat edirsə, brend firmalara müraciət etsin və istədiyi geyimləri hazırladıb Azərbaycana gətirsin. Çünki biz brend butiklərindən alış-veriş edirik. Sabir Rüstəmxanlı hansı dəyərlərdən danışır? Biz 60-cı illərdə qalmalıyıq? Türk dilində danışmağımıza irad bildirib. Sabir Rüstəmxanlı türk deyil? Buna şübhəm yaranıb. Osmanlı türkləri bizim qardaşımızdır. Bizim doğmalaşmağımızda heç bir qüsur yoxdur”.(AzVision.az)

 

Tarix
26 Noyabr 2014 [16:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin