Ana səhifə
24 Sentyabr 2018

Putinlə İlham Əliyev görüşdü - FOTOLAR

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sammitdə Xəzəryanı ölkələrin dövlət başçıları- Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran dövlət başçısı Həsən Ruhani, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov iştorak edir.

 

“Xəzər beşliyi”nin iştirakçıları Xzəərin statusu və regionde təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

 

***

 

Rusiya prezidenti IV Xəzər Sammiti çərçivəsində region ölkələrinin liderləri ilə görüşüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin Xəzər regionunu “dünyanın oazisi və mehriban qonşuluq əlaqələri”  adlandırıb. Putin qeyd edib ki, sammit iştirakçıları ilk dəfə olaraq Xəzərin statusu ilə bağlı razılığı özündə əks etdirən siyasi bəyanatı təsdiqləyiblər. Onun sözlərinə görə, əldə edilən razılıq bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verir. Rusiya dövlət başçısı həmçinin Xəzər regionu ölkələrini dənizə ekoloji baxımdan zərər verməməyə çağırıb:

 

“Elə etmək lazımdır ki, regionun inkişaf etmiş ölkələri ətraf aləmə zərər vurmasınlar. Xəzər üçün bu situasiya yolverilməzdir”. O həmçinin qeyd edib ki, bioresurslardan rasional istifadə ilə bağlı hökumətlərarası saziş imzalanması nəzərdə tutulur.

Tarix
29 Sentyabr 2014 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin