Ana səhifə
23 Yanvar 2018

Tbilisidə GUAM PA-nın 10-cu sessiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisi şəhərində GUAM Parlament Assambleyasının (PA) 10-cu illik sessiyası keçirilir.
 
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, sessiyada regional təhlükəsizlik, transsərhəd cinayətlərə qarşı birgə səylər, bərpa olunan enerji mənbələrinə keçid mövzularında panel müzakirələr keçiriləcək.
 
Tədbirdə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze, Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili, Benilüks Parlament Assambleyasının prezidenti Andre Postema, Baltik Assambleyasının rəhbəri Aadu Must, GUAM-ın baş katibi Altay Əfəndiyev və digər rəsmi şəxslər iştirak edir.
 
Azərbaycanı sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edir. 
 
GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq.

Tarix
18 Dekabr 2017 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ