Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib - YENİLƏNİB

19:34 - 17 Dekabr 2017 - DÜNYA

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.
 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaçılar saraya daxil olublar.
 

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.


Xəbər xətti