Əsrin transferi reallaşır — Neymar "Real"a keçir

23:22 - 17 Dekabr 2017 - İDMAN

Mövsümün sonunda "Real"a transfer olunacağı deyilən Neymarla bağlı yeni xəbər yayılıb.

 

Ucnoqta.az Fanat.Az-a istinadən xəbər verir ki, "Kral Klubu"nun prezidenti Florentino Peres brzaliliyalı futbolçunun atası ilə görüşüb.

 

Bildirilir ki, onlar Neymarın "Real"a transferini müzakirə edib. İspaniya klubunun rəhbəri braziliyalı futbolçu üçün PSJ-yə 250 milyon avro ödəməyə hazır olduqlarını bildirib. Futbolçunun özünə sərf olunacaq məbləğ isə 200 milyon avrodan artıq olacaq.

 

Qeyd edək ki, PSJ Neymarı yayda "Barselona"dan 222 milyon avroya transfer etmişdi.

Xəbər xətti