Ana səhifə
25 Sentyabr 2018

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından yerli sakin Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis şöbəsinə (ŞRPŞ) məlumat daxil olub. ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib. Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Tarix
17 Dekabr 2017 [11:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin