Ana səhifə
21 Oktyabr 2018

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Ucnoqta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 110-140, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edib. Tranzit çaylardakı son vəziyyətə gəlincə, dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 191 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edib. 2016-cı ildə isə bu göstərici 83 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.
Tarix
17 Dekabr 2017 [09:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin