Ana səhifə
22 Noyabr 2018

Ağsunun 3 kəndinə qaz verildi

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ölkənin respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir.Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturu gündən-günə inkişaf etdirilir. 

 

Ucnoqta.az bildirir ki, Noyabrın 26-da Ağsu rayonunun Ərəbmehdibəy, Xəlilli və Mustafalı kəndlərinə təbii qazın verilməsi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqlları iştirak etmişlər. Bildirilmişdir ki, 230 abonenti olan Ərəbmehdibəy kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 230 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. 
78 abonenti olan Xəlilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 12 kilometrə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 78 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. 
31 abonenti olan Mustafalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 4,6 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 31 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. 
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın yenidən verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

Bəhruz

Tarix
26 Noyabr 2014 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin