Ana səhifə
21 Oktyabr 2018

Eldar Mahmudovla Çovdarov üzləşdirildi - Fotolar

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, bu gün də Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verir.

Bu barədə Ucnoqta.az  “AzPolitika.info”ya istinadən xəbər verir. 

 

Məlumatda bildirilir ki, E.Mahmudov səhər 09:00 radələrində İstintaq İdarəsindədir, günorta 1 saatlıq nahar fasiləsindən sonra yenidən bura qayıdıb. Sabiq nazir dünən və bu gün əsasən oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı 1 milyard dollarla bağlı sorğu-sual edilir. Bu gün günün birinci yarısında isə hazırda həbsdə olan keçmiş köməkçisi, əmisi oğlu Vüqar Mahmudovla üzləşdirilib. “Günün ikinci yarısında Akif Çovdarovun sabiq nazirlə üzləşdirmə üçün İstintaq İdarəsinə gətiriləcəyi gözlənilirdi” – mənbə “AzPolitika”ya bildirib.

 

Həmçinin əlavə edib ki, sabiq nazir bu gün xüsusilə gərgin görünüb.

 

Məlumata görə, E.Mahmudov dünən Baş Prokurorluqdan gecə saat 21:00 radələrində çıxıb. Bu gün də gec saatlaradək istintaq altında olacağı gözlənilir.

 

Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi, onun köməkçisi Vüqar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi həbs ehtimalının son dərəcə yüksəldiyindən xəbər verir.

Tarix
16 Dekabr 2017 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin