Ana səhifə
19 Sentyabr 2018

Azərbaycan və Türkiyə aşıqlarının deyişməsi keçirilib - FOTOLAR

Azərbaycan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakıda keçirilən Türkiyə Kültür günləri çərçivəsində Azərbaycan və Türkiyə aşıqlarının deyişməsi keçirilib.

 

 

Təbirdə çıxış edən Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan çıxışında Türkiyə Kültür həftəsinin iki qardaş, ölkələrimizin birgə mühüm layihələrdən biri olduğunu xüsusi qeyd edib və bu işin mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən söz açıb. Qeyd edək ki, təbirdə Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslanla yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları və digər ictimai şəxslər iştirak ediblər. Sonra hər iki ölkənin tanınmış aşıqlarının ifasında deyişmə başlayıb.

 

Onu da deyək ki, Türkiyədən Azərbaycana gələn aşıqlar Gültəkin Buludoğlu, Bahəddin Yıldızoğlunun, Mustafa Altan, Temel Şahin eləcə də Azərbaycandan Qazalı,  Gədəbəyli aşıqları və başqalarının deyişmələri maraqla qarşılanıb.

Tarix
26 Noyabr 2014 [15:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin