Ana səhifə
21 Oktyabr 2018

Astara sakini külli miqdarda tiryəklə saxlanıldı

Külli miqdarda narkovasitə qanunsuz dövriyyədən çıxarılıb.
 

Ucnoqta.az DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan "Ölkə.Az" -a verilən məlumata istinadən bildirir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən evdə gizlədilmiş 2 bükümdə narkovasitə aşkar olunaraq götürülüb.

Onun üzərindən və evdən götürülmüş, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
16 Dekabr 2017 [11:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin