Ana səhifə
23 Yanvar 2018

İsa Məsihin torpağında Milad bayramı ləğv olundu.. - Trampa görə

İsrailin Nazaret şəhərində Milad bayramı ləğv olunub.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Verilən məlumata görə, şəhərin meri Əli Salam bildirib ki, bu ildən başlayaraq İsa Məsihin mövludunu qeyd edən Milad bayramı keçirilməyəcək. Bayramla bağlı hazırlanan bütün tədbirlər ləğv ediləcək.

 

Əli Salam əlavə edib ki, bu qərara ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra gəlinib. Onun sözlərinə görə, Trampın bu qərarı şəhər sakinlərində bayrama həvəsi “öldürüb”.

 

Xristian dinində bildirilir ki, İsa Məsihin uşaqlığı və gəncliyi Nazaret şəhərində keçib. Bu səbəbdən, hər il onun doğum günü bu şəhərdə xüsusi qeyd edilirdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.

 

“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.

 

Onun bu qərarınından sonra “HƏMAS” hərəkatı cümə gününü “qəzəb günü” elan edib. Bundan sonra etiraz aksiyalar böyüyüb.

Tarix
16 Dekabr 2017 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ