Ana səhifə
18 Fevral 2019

"Sumqayıt"dan sensasiyalı qələbə — "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Ucnoqta/az qol.az-a istinadən xəbər verir ki, keçirilən iki oyunla bütün yarımfinalçılar bəllli olub.

 

Günün ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edib. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cavab matçında da 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Roman Qriqorçukun komandası yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.

 

Digər görüşdə - ilin son qarşılaşmasında  isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Oyun "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib - 2:0. Beləliklə, son üç mövsümdə "qızıl dubl" edən "Qarabağ" gözlənilmədən kubokla vidalaşıb.

 

 

 

15 dekabr (cümə)

 

19:00.“Sumqayıt” – “Qarabağ” - 2:0

Qol: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90

İlk oyun - 1:2

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov

“Kapital Bank Arena”

 

16:00.“Səbail” – “Qəbələ” - 2:4

Qollar: Adrian Popoviçi, 16 (1:0), Filip Ozobiç, 22 (1:1), Ruslan Qurbanov, 44 (1:2), Famussa Kone, 56 (1:3), Baqali Dabo, 75 (1:4), Elman Taqayev, 78 (2:4)

İlk oyun - 0:1

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev

“Bayıl Arena”

 

 

14 dekabr (cümə axşamı)

 

 

"Neftçi” – “Zirə” - 2:0

İlk oyun - 0:1

 

“Kəpəz” – “Keşlə” - 2:3

İlk oyun - 0:2

 

 

 Yarımfinal cütlükləri

 

"Keşlə" - “Sumqayıt”

 

“Neftçi”  – “Qəbələ”

 

Yarımfinallın oyunları 11-18 aprel tarixlərində keçiriləcək.

Tarix
16 Dekabr 2017 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin