Ana səhifə
20 May 2018

Dilarədən ilin ən intizarla gözlənilən filmi olan "Kəkliotu"nun saundtreki - Video

Artıq bir neçə ildir ölkədə inkişaf edən film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq. 


"Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılara təqdim ediləcək. Uzun müddətdir anonsları yayımlanan filmin soundtrack-i isə 2014-cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən, tanınmış müğənni Dilarə Kazımovaya həvalə olunub. 


Son zamanlarda yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifasının adı “Dəm”-dir. Qədim meyxana janrında olan “Dəm” mahnısını Dilarə Kazımova özünəməxsus şəkildə ifa edib, ona tam yeni ab-hava gətirib. “Dəm”-in aranjemanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur. Sözügedən mahnıya rejissor Elrəng tərəfindən klip çəkilib. Həmin klipi təqdim edirik. 


Qeyd edək ki, dekabr ayının 21-i nümayişə girəcək filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Tarix
15 Dekabr 2017 [15:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin