Ana səhifə
20 Fevral 2018

Tibb Universitetinin rektorundan Yeni Təyinatlar

Azərbaycan Tibb Universitetinin (ATU) 5 kafedrasında müdir vəzifəsinə seçkilər keçirilib.

 

ATU-dan "Ucnoqta.az-a" verilən məlumata görə, professor Vəfa Pənahian qulaq, burun və boğaz xəstəlikləri, dosent Ramiz Poluxov uşaq cərrahlığı, dosent Məlahət Sultanova şüa diaqnostikası və terapiyası, professor Səfixan Həsənov I uşaq xəstəlikləri, professor Fərid Mahmudov isə dermotovenorologiya kafedrasının müdiri seçiliblər.

Yeni seçilən kafedra müdirlərini qəbul edən ATU-nun rektoru, professor Gəray Gəraybəli onlara mövcud problemləri həll etmək üçün tövsiyələrini verib və gələcək işlərində uğurlar diləyib.

Yeni kafedra müdirləri üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirərək onlara göstərilən etimadı doğruldacaqlarını, müasir tələblərə cavab verən gənc mütəxəssislərin hazırlanması üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

Tarix
15 Dekabr 2017 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ