Ana səhifə
21 Yanvar 2018

Şəhid hərbçimiz dəfn edildi

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.

Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb. 


Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində 19 il xidmət edən F.Salahov ailəli olub, iki oğlu var. 

Tarix
15 Dekabr 2017 [10:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ