Berlində antiterror əməliyyatı keçirilib

18:46 - 15 Dekabr 2017 - DÜNYA

Almaniyanın paytaxtı Berlində antiterror əməliyyatı keçirilib.
 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə TCN məlumat yayıb.
 

Məlumata əsasən, yüzlərlə xüsusi təyinatlıların iştirakı ilə eyni zamanda bir neçə yerdə axtarış aparılıb. Polisin ötən Yeni il yarmarkası zamanı avtomobillə 12 nəfəri əzərək öldürən Ansi Amrinin yaxınlarını axtardığı bildirilir.
 

Saxlanılanların olub-olmadığı barədə məlumat verilməyib.

Bu ilə bayram ərəfəsində terror təhlükəsi səbəbindən küçələrdə daha çox polis xidmət edir. Bundan əlavə yarmarkaların ətrafına beton sədlər yerləşdirilib.

Xəbər xətti