Ana səhifə
22 Avqust 2018

“Hakimin niyə belə addım atdığını anlamıram” - Krneta

“Biz ilk yarıda 2 qol buraxdıq. Fasilədən sonra fərqlənmək üçün çox çalışdıq. Bu gün oynamaq mümkün deyildi. İkinci hissədə futbol adına heç nə yox idi. Amma eybi yox”.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Yovan Krneta səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib. Serbiyalı müdafiəçi bildirib ki, hazırkı məqamda komandası üçün çempionat kubokdan daha vacib görünür. Lakin o, özünün belə düşünmədiyini diqqətə çatdırıb: “Biz öz oyunumuzu sərgiləyirik. Dediyim kimi, bu gün ikinci hissədəki oyun futbol deyildi. Ona görə də çempionat fərqli yarışdı. Kubokda isə hansısa komanda iki oyuna futboldankənar yolla nə isə edə bilər. Ona görə də kənardan bizim üçün çempionatın kubokdan daha vacib olduğu görünür".
 

"Zirə" ötən mövsümdə olduğu kimi yenə ölkə kubokunda "Neftçi" tərəfindən dayandırılıb. Halbuki, Premyer Liqadakı 2 görüşdə flaqman yenilib. Krneta çempionatla kubok qarşılaşmalarına fərq qoymadıqlarını bildirib: "Biz bütün oyunlara eyni qaydada köklənirik. Çox yaxşı kollektivimiz var. "Neftçi"yə 11 aydan sonra uduzduq. Qalan 4 oyunda yenilməmişdik. Buna görə də qəribədi: Biz nəyə görə "Neftçi"yə uduzuruq?"
 

Sonda 25 yaşlı legioner uzatma dəqiqələrində birbaşa qırmızı vərəqə aldığı epizoda toxunub. O, baş hakim Fariz Yusifovun qərarının səbəbini bilmədiyini deyib: "Bilmirəm ki, nəyə görə belə addım atdı. Əleyhimizə cərimə zərbəsi təyin etdiyi epizodda referiyə tərəf qaçaraq, nəyə görə belə etdiyini soruşdum. Dedim ki, orada qayda pozuntusu yox idi. Həmin anda o, bizi başa düşməli idi. 0:2 hesabı ilə uduzurduq. Ona heç bir başqa söz demədim. Amma mənə dərhal qırmızı vərəqə göstərdi. Nə etməli idim?"
 

Qeyd edək ki, səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzan "Neftçi" 2:0 hesablı ev qələbəsi sayəsində yarımfinala yüksəlib.

Tarix
15 Dekabr 2017 [10:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin